Yarım il ərzində Azərbaycanda 56 mindən çox körpə doğulub

17:40 - 17 Avqust 2021

Yarım il ərzində Azərbaycanda 56 mindən çox körpə doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında 56063 doğulan körpə qeydə alınıb.

Bu barədə Manset.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edib.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin