Əlillik dərəcələri ləğv olundu - FƏRMAN

17:06 - 17 Avqust 2021

Əlillik dərəcələri ləğv olundu - FƏRMAN

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tətbiqi barədə 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Manset.az-ın xəbərinə görə, ölkə başçısının bu gün imzaladığı fərmanla Nazirlər Kabinetinə üç ay müddətində əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Bundan əlavə, Nazirlər Kabinetinə 3 ay müddətində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə edilib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin