İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
20 Noyabr 2024
14:26 - 17 Noyabr 2022
Meyxanaçı Rəşad Dağlı həbs olunduqdan sonra bir çox sənət adamı onunla bağlı paylaşımlarla gündəmə gəldi. Məsələ ilə bağlı ən çox diqqət çəkməyə çalışanlardan biri isə Aqşin Fateh olub. Belə ki, Aqşin TikTok hesabında Rəşadla bağlı müxtəlif videolar yayımlayıb, açıqlamalar verib.
Manset.az xəbər verir ki, sənətçi bu dəfə Dağlının ailəsi üçün toplanan yardımdan bəhs edib. O bildirib ki, ailəsi yardım məsələsinə etiraz edib:
"Rəşadın ailəsi dostlarımızdan birinə zəng edib ki, heç nəyə ehtiyacımız yoxdur. Nə zaman dəstək lazım olarsa, dostlar ətrafınızdadır. Çox adam zəng edir ki, pul yığıb göndərmək istəyirik. Bəziləri də var ki, deyir, mən də göndərəcəyəm, adım çəkilsin. O qədər xəstə uşaqlar, qazilər var ki, ehtiyacı olur. Bir Allahdan, bir ailəsindən başqa heç kimin onlardan xəbəri yoxdur. Kim gündəmdədir, reklam olunur onlara yardım etmək istəyirlər. İstəyirlər onların adı ilə özlərini gündəmə gətirsinlər. Rəşad tanınmış insandır, yardım edəni çox olacaq. İki daşın arasında gündəmə gəlmək, özünü tanıtdırmaq yaxşı deyil".
Aqşin daha sonra media nümayəndələrinə söz atıb.
Xatırladaq ki, yardım məsələsi ilə bağlı paylaşım edənlərdən biri də Aqşin olub. O, Gürcüstanda yaşayan azərbaycanlıların Rəşada 10 min dollar göndərəcəyini yayımlamışdı.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin