Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik xəttin çəkilməsinə başlayır

16:35 - 16 Noyabr 2022

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik xəttin çəkilməsinə başlayır

“Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsinin praktiki həyata keçirilməsinə başlayır”.

 

Manset.az Report- a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov bildirib.

O xatırladıb ki, Qazaxıstanın “Kazakhtelecom” ilə Azərbaycanın “AzerTelecom” şirkəti artıq Xəzər dənizinin dibi boyunca fiber-optik rabitənin qurulmasının texniki həlli ilə bağlı sənəd imzalayıb: “Biz bu layihə ilə məşğul olan şirkəti dəyişmişik və layihəni artıq praktiki həyata keçirməyə başlayırıq”.

Səfirin sözlərinə görə, bu sənəd 2019-cu ildə imzalanıb, lakin pandemiya səbəbindən layihənin icrası ləngiyib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin