Hadisə ilə aktyor sevgilisi ayrıldı

12:35 - 16 İyun 2021

Hadisə ilə aktyor sevgilisi ayrıldı

Türkiyənin pop ulduzu Hadisə və aktyor Kaan Yıldırım ayrılıb.

Manşat.az  xəbər verir ki, gah küsən, gah da barışan cütlük bu dəfə münasibətlərinə birdəfəlik son qoyub. Hətta iki tanınmış sima instaqramda bir-birini izləmə siyahısından çıxarıb, Kaan eks-sevgilisi ilə fotolarını hesabından silib.

Onların ayrılıq xəbərinin reklam xarakterli olduğunu iddia edənlər də var. Belə ki, müğənni Demet Akalın sosial şəbəkədə küsülü olduğu həmkarına söz ataraq yeni mahnısının təqdimatından öncə bu üsula əl atdığını bildirib.

O, əri ilə videosunu yayaraq “Səni izləmədən çıxaracam. Yeni mahnımı reklam etmək lazımdır”,- deyə yazıb.

 

Qafqazinfo


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin