Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)
3 Dekabr 2024
14:26 - 11 Noyabr 2022
6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Multikulturalizm bütöv dünyada və ya ayrılıqda götürülmüş dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyə, siyasətdir.
Çoxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlı olması üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı dözümlülük – tolerantlıq hissinin olmasıdır. Bu olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Müasir dövrdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər var. Onların fikrincə, əgər bir cəmiyyətdə dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, insan hüquq və azadlıqları təmin edilirsə, demək, həmin cəmiyyət tolerantdır və tolerantlığın ayrıca təbliğinə gərək yoxdur.
Bu ilk baxışdan məntiqli yanaşma kimi qəbul edilə bilər. Bunun əleyhdarları əsasən elə qərblilərdir. Ona görə ki, tolerantlıq təkcə hüquqi deyil, həm də mədəniyyət və mənəviyyat məsələsidir. Dünyada tolerant cəmiyyətlərin tarixi əsrlərlə ölçülür. Amma hüquqi, demokratik, dünyəvi dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli, tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Əslində, bu gün Azərbaycanı və azərbaycanlıları başqalarından fərqləndirən xüsusiyyət də məhz budur. Əgər tolerantlıq başqa xalqlar üçün hüquqi vəzifəsidirsə, azərbaycanlı üçün həm də mənəvi və əxlaqi imperativdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev Manset.az-a açıqlamasında bildirib ki, tolerantlığın minimum şərtlərinə əsasən, dini çoxluq dini azlığa nəinki hörmətlə yanaşmalı, eyni zamanda onun öz inancına uyğun yaşamasına mane olmamalıdır:
“Minimum şərtlərin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə nümunə göstərmək mümkündür. Ancaq bu bir həqiqətdir ki, Azərbaycandakı dözümlülük mühitinin səviyyəsi tolerantlığın minimum şərtlərini və tələblərini çoxdan ötüb. Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki, mane olmayıblar, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar hər zaman dini azlıqların himayədarı və mühafizəçisi qismində çıxış ediblər”.
Şöbə müdiri əlavə edib ki, respublikamızda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verilir:
“İanələr toplanması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakı şəhərində “Qızılı kilsə” kimi tanınan “Aleksandr Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. 1907-ci ildə H.Z.Tağıyev tərəfindən tikdirilən Rus Pravoslav Kilsəsinin Jen Mironosets Baş Kafedral kilsəsi təxminən 100 ildən sonra müsəlman xeyriyyəçi A.Qurbanovun maliyyə dəstəyi ilə bərpa olunub.
Əli Həziyev qeyd edib ki, hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi qəbul və görüşlərdə, ya da dinlərarası dialoq və tolerantlıqla bağlı tədbirlərdə bir araya gəlirlər:
“Məsələn, müsəlmanların Ramazan ayında təşkil etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak etməsi praktikası mövcuddur. Qəbələ rayonunun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianlarının məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil etməsi bütün dünya üçün örnək nümunəyə çevrilib”.
DQİDK-nın rəsmisi hesab edir ki, bütün bu sadalanan dəyərlər yalnız düşünülmüş dövlət siyasəti nəticəsində daha da möhkəmlənib:
“Məhz Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur.
Ulu Öndərin gərgin əməyi sayəsində ərsəyə gəlmiş 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Konstitusiyamızda da bu ənənələr gözlənilmişdir - 18-ci maddəsində deyilir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”; 48-ci maddəsinə görə, “hər bir vətəndaş dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimləri azad yerinə yetirmək hüququna malikdir”.
Ümummilli Liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin irsi yaşadır.
Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün yüksək səviyyədə, ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir.
Vurğulanmalıdır ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları ilə mənsubiyyətindən asılı olmayaraq bütün dini ibadət ocaqları bərpa edilir, yeniləri tikilib istifadəyə verilir”.
Əli Həziyev qeyd edib ki, Azərbaycan dövləti formalaşmış din siyasətini təkcə daxildə həyata keçirməklə kifayətlənmir, özünün tolerantlıq fəlsəfəsini dünyaya ixrac etməyi hədəfləyir:
“Bu sahədə hökumət multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində çoxsaylı tədbirlərə – beynəlxalq və regional konfranslar, forumlara ev sahibliyi etmişdir.
Bu baxımdan Heydər Əliyev Fondu da fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyduğu başlıca məqsəd kimi Ulu Öndərin milli dövlətçilik ideyasının həyata keçirilməsi və təbliği istiqamətində ölkə daxilində və xaricində böyük işlər görülüb”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin