BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
08:39 - 17 Avqust 2021
ABŞ Prezidenti Co Bayden əfqanıstanlı qaçqınlara yardım üçün 500 milyon dollara qədər vəsait ayırmağı tapşırıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı liderin ABŞ-ın Dövlət katibi Entoni Blinkenə göndərdiyi bildirişdə deyilir.
Sənəddə qeyd olunur ki, söhbət qaçqın və məcburi köçkünlərə təcili yardım göstərilməsi üzrə dövlət fondunun xətti ilə çəkilən xərclərdən gedir.
Memorandumda bildirilir ki, bu vəsait Əfqanıstandakı vəziyyətlə bağlı, o cümlədən bu ölkənin vətəndaşlarının ABŞ-ın xüsusi immiqrasiya vizaları üçün müraciətinin tələbatının ödənilməsi üçün veriləcək.
Daha əvvəl – iyul ayında Bayden Əfqanıstanda ABŞ qoşunlarına müxtəlif yardım göstərən bu ölkə vətəndaşlarının təxliyə edilməsinə 100 milyon ABŞ dollarına qədər vəsait ayırmağı tapşırıb.///qafqazinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin