"Maşınla üstündən keçəcəm" - Pərvindən keçmiş nişanlısına

08:25 - 17 Avqust 2021

Aktrisa Pərvin Abıyeva yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Manset.az xəbər verir ki, "Onun sirri" verilişində qonaq olan aktrisa keçmiş nişanlısının ondan halallıq istəməsindən danışıb. Pərvin onu heç vaxt bağışlamayacağını deyib:

“Vaxt gələcək çox pul qazanacam, maşınım olacaq. Sənin mənə bu gün verdiyin zülmlərin hər birinin öhtəsindən gələcəm, geridə qoyacam. Bəlkə də, bu sözüm mənə problem yarada bilər, amma gün gələcək 10, 30 il də keçsə, sən yolda mənim qarşıma çıxsan, maşınla üstündən keçəcəm. Bu insan məni xəstə salıb”.

Qeyd edək ki, Pərvin nişanlısı tərəfindən 3 il şantaj olunduğunu bildirmişdi.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin