"Amfibiyanın pilotlarımız tərəfindən idarə edilməsi Türkiyəni heyran edib”

07:59 - 17 Avqust 2021

"Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınları ilə əlaqədar olaraq iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında ölkəmizdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu yanğınların söndürülməsinə cəlb edilib. Nazirliyin qüvvə və vasitələri 4 mərhələdən ibarət olaraq qardaş ölkəyə göndərilib. İyulun 31-dən artıq nazirliyin yanğın-xilasetmə qrupları müxtəlif bölgələrdə yanğınların söndürülməsinə başlayıb."

 

Manset.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rza Xudiyev bildirib.

R.Xudiyevin sözlərinə görə, Türkiyədə yanğınlar əsasən Marmaris şəhərinə yaxın, Muğla bölgəsində, Aydın və Dənizli şəhər ətrafında baş verib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, qarşımıza qoyulan tapşırıq qısa müddət ərzində türkiyəli həmkarlarla birgə genişmiqyaslı yanğınların söndürülməsi idi. Qısa bir zamanda buna nail olduq. İri şəhərləri, qəsəbələri, kəndləri, mülki insanların fərdi yaşayış evlərini yanğından mühafizə edə bildik. Hesab edirəm ki, artıq Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlar tam yerinə yetirilib. Hazırda təyyarə ilə gələn 2-ci, axırıncı qrup Vətənə çatıb”.

FHN rəsmisi əlavə edib ki, 90-dan artıq avtomobil – yanğın və xüsusi təyinatlı texnikalar hazırda yoldadır, Türkiyə ərazisindən Azərbaycana gəlir. Birinci avtomobil karvanımız səhər saatlarında Gürcüstan ərazisinə keçəcək. 18 saat sonra isə 2-ci avtomobil karvanı Gürcüstana daxil olacaq”.

Xidmətinin rəis müavini vurğulayıb ki, şəxsi heyət arasında itki yoxdur: “Yüngül xəsarət alanlar olub ki, bu da Türkiyədəki meşələrdə bitən ağacların növündən, mürəkkəb relyefdən asılı olaraq baş verib. Şəxsi heyət 15-16 gün ərzində böyük ruh yüksəkliyi ilə çalışdı. Amfibiyanın və yaxud helikopterlərin pilotlarımız tərəfindən idarə edilməsi Türkiyəni heyran edib. Türkiyə dövləti tərəfindən çox böyük dəstək gördük. Hərtərəfli təchizatla təmin edildik”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin