Bu xidmətlərdə ƏDV-nin 50 %-i geri qaytarılacaq
20 Noyabr 2024
21:50 - 14 Noyabr 2022
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ötən gün xəstəxanaya yerləşdirilib.
Manset.az axşam.az-a istinadən bildirir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişində sənətçinin durumu ilə bağlı Milli Onkologiya Mərkəzi ilə canlı bağlantı yaradılıb. Həkimi aktrisanın səhhəti ilə bağlı məlumat verib:
"Tünzalə xanım ötən axşam mədə qanaxmasından planlı şəkildə şöbəyə daxil olub. Dərhal tədbir görülüb. Bu gün müayinələr aparılıb və məlum olub ki, mədədə kapilyar partlayıb. Oradan qanaxma olub, hazırda isə yoxdur. Hemoqlobini aşağıdır, ona görə də müalicə alır və qan köçürülür. Hazırlıqdan 2-3 gün sonra baş beynə şüa müalicəsi aparacağıq. Müalicəmiz iki həftə davam edəcək. Ay yarımdan sonra baş beynin "MRT" müayinəsin zamanı əminəm ki, orada yerləşən metostazların hamısının sovrulduğu öz təsdiqini tapacaq".
Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin