Bakı Limanında media nümayəndələri üçün növbəti sahəvi jurnalistika təlimi keçirildi - FOTOLAR

19:17 - 14 Noyabr 2022

Bakı Limanında media nümayəndələri üçün növbəti sahəvi jurnalistika təlimi keçirildi - FOTOLAR

Real vəziyyət və gələcəyə baxış” adlı silsilə sahəvi jurnalistika təliminin növbəti mərhələsi keçirilib.

 

Manset.az xəbər verir ki, Logistika mərkəzinə səfər və seminarlardan ibarət olan təlimin əsas məqsədi Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi əhəmiyyətə malik olan və böyük gələcək vəd edən Azərbaycanın logistik imkanları barədə media təmsilçilərinin dolğun məlumatlanmasını təmin etməkdir. 

Təlim çərçivəsində jurnalistlər əvvəlcə Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarına səfər edərək ölkəmizdən tranzit keçən yüklərin aşırılması prosesi, əsas daşınma istiqamətləri və növləri, bu prosesdə istifadə edilən texniki avadanlıqlarla bağlı məlumat əldə edib, onları maraqlandıran suallara cavab tapıblar.

Təlim zamanı media təmsilçilərinə Bakı Limanının və  Limanda fəaliyyət göstərən beynəlxalq logistika şirkətlərinin peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun inkişafı üçün həm Azərbaycan, həm də dəhlizin keçdiyi digər ölkələrdə icra edilən və edilməli olan layihələrlə bağlı məlumat verilib. Eyni zamanda, iştirakçılar “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə də məlumatlandırılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlim çərçivəsində iştirakçılar regionun ilk Yaşıl Limanı olan Bakı Limanında tətbiq edilən müasir elektron sistemlərin yükaşırmaya təsiri imkanları ilə tanış olub, Bakı Limanında ətraf mühitin mühafizəsi üçün həyata keçirilən layihələr barədə məlumat əldə ediblər.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin