"Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir" - İlham Əliyev

00:17 - 17 Avqust 2021

"Artıq Kəlbəcər şəhərindəyik. Erməni vəhşiliyinin təməlləridir bu. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır”.

Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.

“Ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Burdan çıxanda da o binaları yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 90-cı illərin əvvələrində bu torpaqları işğal edərkən bizim şəhər və kəndləri dağıtmışdır, 2020-ci ildə də biz bunları buradan qovanda da ağacları kəsib yandırıb, binaları dağıdıblar”, - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin