Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
23:54 - 16 Avqust 2021
“Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz və yüksək gərginlikli xətlər bu yaxınlarda çəkilib”.
Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.
“Bu asfalt yolunu ermənilər Basarkeçərdən Kəlbəcərə getmək üçün çəkiblər. Laçın dəhlizinə alternativ yol çəkmişdilər. Gözəl də yoldur. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna etiraz etmişdi. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq, düşməni qovduq torpağımızdan. Və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət hesab etmək olar”, - Azərbaycan Prezidenti qeyd edib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin