“Real TV” Əfqanıstanda film çəkdi - VİDEO

16:27 - 14 Noyabr 2022

“Real TV” Əfqanıstanda film çəkdi - VİDEO

“Real” televiziyası bir ildir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban haqında film hazırlayıb.

40 ildən çoxdur ki, qeyri-sabit siyasi şəraitində olan Əfqanıstan haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.

Manset.az xəbər verir ki, “Real TV”nin çəkiliş heyəti Əfqanıstanın müxtəlif ərazilərində olub, əfqan xalqının son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. Gün ərzində bu ölkədə 200-250 nəfər terrorun qurbanı olur. “Real” komandasının səfərə yollandırqları gün də ölkədə terror baş verib. Çəkiliş qrupunun 10 metr yaxınlığında bina partladılıb. Filmdə həmin hadisə də yer alıb.

Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu “Taliban” liderlərindən müsahibə almaq fürsəti də əldə edib. Müəllifin konkret suallarını 1 ildir ki, hakimiyyətdə olan və Əfqanıstana nəzarət edən “Taliban” qruplaşmasının liderləri Zabiullah Mujahid və Abdul Basir Sabiri cavablandırıb.

Filmin adının “Dar-ul-hərb” yəni “müharibə evi” dir. Adın seçilməsinin də öz mənası var. Belə ki, İslam tarixində “Dar-ul-hərb”, ideyasını coğrafi prizmadan və sadə dillə izah etsək, bu o deməkdir ki, müsəlmanların yaşadıqları ərazilər ilə qeyri-müsəlmanların yaşadığı ərazi arasında sərhədlər bəlli olur. “Dar-ul-hərb” tarixi müsəlman-qeyri-müsəlman qarşıdurmasından daha çox, islamın özünün içində təfriqələrin artması və xarici qüvvələrə qarşı zəifləməsi ideyasına çevrilib. Filmin yekununda əslində Əfqanıstanda, yəni “Müharibə evin”də yaşananların tam izahı verilir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru isə  Arif Zeynalovdur. Film 17 noyabr saat 20.00-da “Real TV”də yayımlanacaq.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin