İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
20 Noyabr 2024
09:47 - 14 Noyabr 2022
“Rəsmi 44, ümumilikdə 48 il bir yerdə olduğum qadın və məni qabaqlayıb dünyasını dəyişdiyi o qadın mənə çox şeyi öyrətdi”.
Manset.az xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov rejissor-aparıcı Mehriban Ələkbərzadənin “Ağ & Qara” verilişində deyib.
O, mərhum həyat yoldaşı haqda danışarkən təsirlənib: “Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır və s. Amma əksinə... Vahidə çox güclü bir şəxsiyyət idi. Vahidə çox ağıllı, çox zəkalı, çox oxumuş, çox intellektual, çox istedadlı, çox maraqlı insan idi. Dünyasını dəyişəndə mən bir söz dedim. Özüm də şaşırdım. Dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür. Onu oxumaq, onu qaldırmaq, onu anlamaq mümkün deyil. Heç cürə... Qadın mənim əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir. Məndən, ilk növbədə, insan olmağı, kişi olmağı tələb edir”.
Qeyd edək ki, F. Manafovun xanımı Vahidə Sadıqova ötən il martın 3-də dünyasını dəyişib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin