"Hamımız yavaş -yavaş öldürüləcəyik" - Əfqan qızın bu videosu rekord vurdu

22:29 - 16 Avqust 2021

Sosial media platforması olan "Twitter"də əfqanıstanlı aktivist Masih Alinejad tərəfindən yerləşdirilən video dünyada trend olub.

Manset.az Qərb mediasına istinadən xəbər verir ki, dünya Talibanın Əfqanıstanı ələ keçirməsindən danışarkən sosial mediada bir video yayılıb. 

Əfqanıstanlı qız, aktivist Masih Alinejadın "Twitter"də yerləşdirdiyi videoda qızın ağlayarkən verdiyi açıqlama ilə hər kəsin ürəyinə toxunub.

Dünya gündəminə damğa vuran görüntülər sosial mediada sürətlə yayılarkən, əfqan gənc qızın videosu milyonlarla insan tərəfindən izlənilib. 

Masih Alinejadın Twitter-də yerləşdirdiyi videoda naməlum gənc qız gözyaşlarına boğulub və bu ifadələri işlədib:

"Əfqanıstanda doğulduğumuz üçün heç kim bizimlə maraqlanmır. Ağlamaqdan özümü saxlaya bilmirəm. Hamımız yavaş -yavaş öldürüləcəyik".

Naməlum əfqan qızının videosunu qısa müddətdə 2 milyona yaxın insan izləyib. 
 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin