Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
25 Oktyabr 2024
21:52 - 16 Avqust 2021
Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən bildiriblər.
"Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır", - deyə nazirlikdən əlavə ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin