BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
19:50 - 16 Avqust 2021
BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti Əfqanıstanda qlobal terror təhdidinə qarşı birləşməyə və insan hüquqlarının qorunmasına çağırıb.
Manşet.az xəbər verir ki, o, bunu BMT TŞ-nin Əfqanıstanda hakimiyyətin Taliban tətəfindən ələ keçirilməsindən sonra keçirilən fövqəladə iclasda deyib.
O bildirib ki, dünya Əfqanıstandakı xaos, qarmaqarışıqlıq, qeyri-müəyyənlik və qorxunu izləyir:
“Taliban başda olmaqla, bütün tərəfləri birlik olmağa çağırıram. Beynəlxalq ictimaliyyət Əfqanıstanda insan haqlarının qorunması üçün bir araya gəlməli və tək səs olmaldır.
Ölkə miqyasında insan haqlarına qarşı qorxuducu, ciddi məhdudiyyət xəbərləri gəlir. Əfqanıstandakı qız uşaqları və qadınlar ən qaranlıq günlərə dönmə qorxusu yaşayırlar.
Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaliyyəti Əfqanıstanda qlobal terror təhdidinin qarşısını almaq və əsas insan hüquq və azadlıqlarını qorumaq üçün əlindəki bütün vasitələri istifadə etməyə, həmrəy olmağa, birlikdə işləməyə və birlikdə hərəkət etməyə çağırıram”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin