Özündən 30 yaş böyük araq dostunu altıncı mərtəbədən yerə atdı

19:41 - 16 Avqust 2021

Özündən 30 yaş böyük araq dostunu altıncı mərtəbədən yerə atdı

Rusiyada kişi birlikdə içki qəbul etdiyi şəxsi altıncı mərtəbədən yerə atıb.

Manşet.az "Oxu.az"a istinadən xəbər verir ki, qorxunc hadisə Xantı-Mansi muxtar dairəsində baş verib. Bildirilir ki, fəhləliklə məşğul olan 26 yaşlı Bulat və 56 yaşlı Yuri səhər tezdən içməyə başlayıblar. Hansısa bir məqamda Bulat pəncərənin ağzında oturub, Yuri isə onu itələyib.

Yıxılan şəxs sağ qalsa da, aldığı xəsarətlərə görə hələ ki, ifadə verə bilmir.

56 yaşlı kişi saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

 

 

 


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin