Bu şirkətlər Əfqanıstana uçuşları dayandırdı

19:22 - 16 Avqust 2021

Bu şirkətlər Əfqanıstana uçuşları dayandırdı

Rusiyanın "Aeroflot" avia şirkəti Əfqanıstana uçuşları müvəqqəti dayandırıb.

Manşet.az Qafqazinfoya istinadən xəbər verir ki, bunu açıqlamasında şirkətin nümayəndəsi Mixail Dyomin bildirib.

"Vəziyyət normala dönənə qədər təyyarələrimiz Əfqanıstan hava məkanından kənar uçacaq. Məhdudlaşma faktiki olaraq iki reysə tətbiq olunub. Bunlar Dehli və Bonqkok reysləridir", - deyə şirkət rəsmisi qeyd edib.

Bundan başqa, Rusiyanın digər aviaşirkəti “AirBridgeCargo” da Əfqanıstanın hava məkanı üzərindən uçuşları dayandırıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin