Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - Yenilənib

19:10 - 16 Avqust 2021

Bakıda ağaclıq ərazidəki yanğın söndürüldü - Yenilənib

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın başlayıb.

Manşet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 kvadrat metr ərazidə ağaclıq yanır.

***

FHN-in məlumatına görə, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb.

İlkin ehtimala əsasən, ağaclıq ərazidə 300 kvadrat metr sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin