Türkiyənin 324 vətəndaşı Əfqanıstandan təxliyə edildi

18:37 - 16 Avqust 2021

Türkiyənin 324 vətəndaşı Əfqanıstandan təxliyə edildi

Türkiyənin 324 vətəndaşı bu gün Kabildən təxliyə edilib.

Manşet.az xəbər verir ki, Türk Hava Yollarına (THY) məxsus təyyarə bu gün səhər saatlarında Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanından Türkiyə vətəndaşlarını götürüb.

Türkiyə Xarici İşlər Nazirliyinin koordinasiyası ilə THY-yə məxsus təyyarə yerli vaxtla 16.45-də İstanbul Hava imanına eniş edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin