Bakıda dəhşətli görüntülər - Aptek müdiri xanım işçisini döydü
25 Noyabr 2024
18:10 - 16 Avqust 2021
Əfqanıstanın ilk qadın bələdiyyə sədri Zərifə Qafari “Taliban” hərəkatının onu öldürəcəyini düşünür.
Manşet.az xəbər verir ki, 2018-ci ildə Meydan-ı Vardak vilayətinin ən gənc və ilk qadın bələdiyyə sədri seçilən Zərifə Qafari yaşadığı qorxudan danışarkən bunları deyib: “Oturdum və gəlmələrini gözləyirəm. Mənə və ailəmə kömək edəcək heç kim yoxdur. Mənim kimi insanların arxasınca düşəcəklər və məni öldürəcəklər. Ailəmi tərk edə bilmərəm. Onsuz hara gedə bilərəm ki?”.
“Taliban” hərəkatının paytaxt Kabil şəhərinə daxil olmasından üç həftə əvvəl Qafari KİV-ə danışarkən bildirmişdi ki, Əfqanıstanın gələcəyinə ümid bəsləyir və gənclərin irəliləyiş və haqları üçün mübarizəni davam etdirəcək.
Qeyd edək ki, “Taliban” hərəkatının nümayəndələri 29 yaşlı Qafarini bir neçə dəfə təhdid edib və hətta ona qarşı sui-qəsdə də cəhd edib. Gənc bələdiyyə sədrinə qarşı təhdidlər artdıqda Zərifə Qafariyə ölkənin Kabildəki Müdafiə Nazirliyinın mühafizəsi altında yeni bir iş verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin