Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
11:38 - 11 Noyabr 2022
İkinci oğluna 6 aylıq hamilə olan aktrisa Fahriye Evcen sosial media hesabında yeni fotosunu paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gözəlliyi ilə diqqət çəkən Evcenin fotosu qısa zamanda sosial medianın gündəminə çevrilib. İkinci dəfə oğlan anası olmağa hazırlaşan 36 yaşlı Evcen gözəlliyi ilə bütün diqqətləri üzərinə çəkib.
2017-ci ildə həmkarı Burak Özçivitlə ailə quran Fahriye Evcen 2019-cu ildə Karan adını verdikləri ilk oğlunu dünyaya gətirib. Evliliyini gizli yaşayan Evcen indi ikinci dəfə hamiləlik həyəcanını yaşayır.
Hamiləlik prosesini evdə ailəsi ilə birlikdə keçirən Evcen zaman-zaman sosial media hesablarını paylaşmağı unutmur. Onun instaqramda 13,1 milyon izləyicisi var.
Qeyd edək ki, keçən ay Burak Özçivitlə Nişantaşıda görüntülənən Evcen hamiləlik prosesinin çox yaxşı keçdiyini və bu müddəti evdə dincəlməklə keçirdiyini bildirib. Oğlu Karan haqqında danışan aktyor "Karanı qardaşlaşma prosesinə öyrəşdirdik. Ailə olaraq çox həyəcanlıyıq" deyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin