Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
17:56 - 16 Avqust 2021
“Türkiyə bizim üçün qardaş ölkədir. İslam ölkəsidir”.
Manşet.az xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziyasına açıqlamasında Taliban sözçüsü Suhail Şahin deyib. O, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndirib:
“Onların burada olması bizim üçün çox yaxşıdır. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik”.
Taliban sözçüsü həmçinin Talibanın Əfqanıstandakı hədəflərindən də danışıb:
“Bizim dünyaya mesajımız budur; Əfqanıstanda hökumeət qurulacaq və bu hökumət dünya nizamına uyğunlaşacaq. Regional olaraq da hər kəslə uyğunlaşacağıq. Pakistan, Əfqanıstan və ətrafımızdakı insanlar üçün əsas hüquqları tanıyaraq idarəçilik yaratmaq istəyirik. Hər kəsin ürəyi rahat olsun, kimsə üçün təhdid təşkil etmirik”. Ölkə.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin