Ədəbiyyat müəllimi itləri ayırmaq istəyərkən qorxunc şəkildə öldü

16:45 - 16 Avqust 2021

Ədəbiyyat müəllimi itləri ayırmaq istəyərkən qorxunc şəkildə öldü

Aksu mahalının Macun rayonunda müəllimlər evində yaşayan ədəbiyyat müəllimi Songül Payas keçən həftə səhər saatlarında itini gəzdirmək üçün çölə çıxmışdı.

Manşet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət iti ilə gəzən müəllimin iti meşədə sahibsiz itlərin hücumuna məruz qalıb. Hücum edən itləri itindən uzaq tutmaq istəyən Payas tarazlığını itirərək yüksəklikdən yıxılıb.

 Payasın yerdə hərəkətsiz olduğunu görən insanlar təcili yardım çağırıblar.  Hadisə yerində edilən ilk müdaxilədən sonra müəllim xəstəxanaya aparılıb.

Bir həftədir xəstəxanada müalicə alan müəllim, həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünən vəfat edib. Payasın ölümü həmkarlarını kədərləndirib.

Ülkər Abdurahmanlı 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin