Məşhur müğənni 95 yaşında təqaüdə çıxdı

14:58 - 16 Avqust 2021

Məşhur müğənni 95 yaşında təqaüdə çıxdı

Musiqi dünyasının əfsanəvi adı Tony Bennett 95 yaşında  təqaüdə çıxdı. 80 ildən çox səhnədə olan Amerikalı populyar musiqiçi, klassik pop və caz müğənnisi Bennettin səhhətindəki problemlərə görə artıq konsert verə bilməyəcəyi öyrənildi.

Manşet.az xəbər verir ki, xəbəri sənətçinin 40 ildən artıq meneceri olan oğlu Denni Bennett elan edib. Variety jurnalına danışan Danny Bennett daha konsert olmayacaq. Bizim üçün çox çətin bir qərar idi, amma həkimlər "ciddi bir xəbərdarlıq etdilər" dedi.

  Sənətçi Alzheimer xəstəliyinə baxmayaraq konsert verməyə davam etsə də, oğlu Danny Bennett qastrol səfərinə getməyin sənətçini yorduğunu ifadə etdi. Danny Bennett açıqlamasında, “Problem onun mahnı oxumasında deyil, səyahətindədir". Hazırda konsert vermək onun üçün  çox yorucudur. Məsələn, onun səhnəyə düşməsini istəmirik. Onun mahnı oxuya bilməməsindən deyil, fiziki vəziyyətindən narahatıq. Onun 95 yaşı var.

Cümə axşamı günü Tony Bennett Lady Gaga ilə birlikdə Nyu Yorkdakı Radio City Music Hall -da səhnəyə çıxdı. Əfsanəvi musiqiçinin vida ifası idi.

Ülkər Abdurahmanlı


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin