BBC-nin canlı yayımı zamanı maraqlı hadisə baş verib.
Manşet.az Türkiyə mediasına istinadən xəbər verir ki, spiker Yalda Hakim “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi barədə xəbərləri təqdim edərkən, studiyaya zəng gəlib. Zəng edən isə “Taliban”ın sözçüsü Suhail Şahen olub. Əvvəlcə təəccüblənən spiker, daha sonra onunla ünsiyyət qurub.
“Taliban” sözçüsü heç kimdən intiqam almayacaqlarını, Əfqanıstanda vəziyyətin müsbətə doğru dəyişəyəcəyinə dair söz verib.