Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
13:16 - 4 Noyabr 2022
6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Bütün sahələri əhatə edən inkişaf proqramları daim diqqət mərkəzindədir və xüsusilə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına xüsusi diqqət ayrılıb. Çünki inkişaf proqramları, xüsusilə də təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardandır. Təsadüfi deyil ki, hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür və məhz buna görə də Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür, amma buna baxmayaraq, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac var. Çünki ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən məhz bu proqramlardır.
Hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlı olduğu ilk növbədə nəzərə alınmalıdır. Doğrudur, Azərbaycanda bu istiqamətdə, yəni təhsilin və elmin inkişafı ilə bağlı işlər görülür, amma bu işlər yenə də davam etdirilməlidir ki, geriləmə olmasın. Çünki dünyada bu sahədə hər zaman yeniliklərə imza atılır, uğurlar qazanılır və bu baxımdan ölkədə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac duyulur. Belə ki, daha da geniş işlər görməyə, daha ciddi addımlar atmağa imkanımız və münbit şəraitimiz hər zaman olmalıdır. Məhz bu baxımdan da cəsarətlə söyləyə bilərik ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi bütün zamanlarda öz aktuallığını qorumaqdadır.
Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Musa Qasımlı Manset.az-a açıqlamasında bildirib ki, elm və təhsil sahəsində dövlətimizin aydın və konkret strategiyası var:
“Bu strategiya qəbul olunan qanunlarda, cənab Prezident İlham Əliyevin imzaladığı sənədlərdə öz əksini tapıb. Həmin sənədlərdə təhsilimizin bütün pillələrinin məqsəd və vəzifələri aydın şəkildə göstərilib. Bu gün dövlətimiz həm ali təhsilə, həm peşə təhsilinə, həm orta təhsilə xüsusi qayğı göstərir. Ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib, avadanlıqlarla təchiz olunub. Məktəblərimiz dərsliklərlə təmin olunub. Həmin yaxşı tikilmiş məktəblərdə keyfiyyətli dərs demək qalır. Bu da kadr məsələlərindən asılıdır. Buna da müvafiq səlahiyyətli cavabdeh qurumlar məsuldurlar”.
Millət vəkili əlavə edib ki, praktikada dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq etməliyik:
“Yeni üsullar, elm və təhsilin praktiki istehsalata tətbiqinə xüsusi diqqət verilməlidir. Nəzəri fikirlərlə bərabər praktiki məsələlər də önə çəkilməlidir.
Bizim universitetlərimizin sərbəstliyi daha da genişləndirilməlidir. Onlar ikitərəfli əlaqələrin qurulması üçün çoxlu işlər görə bilərlər. Universitetlərimizin beynəlxalq reytinqlərə daxil olmasından ötrü bəlli standartlara onlar cavab verməlidirlər. Bu istiqamətdə işlər görülməlidir.
Azərbaycanda elm və təhsilin sıx vəhdəti təmin olunur. Alimlərin üzərinə böyük işlər düşür. Tədqiqatlar aparmalı, monoqrafiyalar yazılmalıdır. Elm və təhsil elə bir şeydir ki, onlar heç vaxt bir yerdə dayanıb durmur. Ona görə bu iş bir prosesdir. Hesab edirəm ki, alimlərimiz də bu sahədə öz işlərini görürlər”.
Millət vəkili Anar İsgəndərov hesab edir ki, elm və təhsil sahəsini inkişaf etdirmək üçün beynəlxalq təcrübə öyrənməli, digər ölkələrlə əməkdaşlıq etmək lazımdır:
“Hər bir ali təhsil müəssisələrinin planları var, müəllimlərin elmi tədqiqat işləri var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fundamental institutları Elm və Təhsil Nazirliyinə verilib. Orada da kifayət qədər işlər gedir.Amma Sovet dövlət dağılandan sonra əlaqələr kəsildi. Hansı ki, SSRİ vaxtında əlaqələr mövcud idi. Ancaq bu gün MDB ölkələri, Türkiyə, İsrail və başqa dövlətlərlə biz münasibətləri qururuq. Elm və təhsil sahəsində də biz bu ölkələrlə əməkdaşlıq etməliyik. Qonşu dövlətlərlə müqayisədə Azərbaycan geridə qalan ölkə deyil. Sovet dönəmində də, indi də ölkəmiz yaxşı mənada fərqlənir”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin