Bayramov Çavuşoğlu ilə danışdı - Əfqanıstandakı sülhməramlılarla bağlı

14:03 - 16 Avqust 2021

Bayramov Çavuşoğlu ilə danışdı - Əfqanıstandakı sülhməramlılarla bağlı

16 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Manşet.az xəbər verir ki, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin