Azərbaycanlı müğənninin dişi yonuldu, xərçəngə tutuldu - FOTO

21:08 - 5 Noyabr 2022

Azərbaycanlı müğənninin dişi yonuldu, xərçəngə tutuldu - FOTO

Azərbaycanda gənc müğənni, bəstəkar, "Yeni Ulduz" yarışmasının iştirakçısı olan 31 yaşlı Samir Cabbarov bir ildir xərçəngdən əziyyət çəkir.

 

Manset.az Medicina.az-a istinadən xəbər verir ki, 2 il əvvəl stomatoloq tərəfindən yonulan dişinin sərt ucu onun dilinə sürtünərək dilin kənarlarını zədələyib. Öncə buna əhəmiyyət verməyib, bir müddət sonra onun dilinin kənarında kiçik şiş kimi qabarıq əmələ gəlib.

Daha sonra limfaları şişən Samirə həkimlər həmin şişin xərçəng olduğunu və limfalara yayıldığını bildirib.

Onkologiya Mərkəzində onun dilinin yarısı və limfa düyünləri kəsilib.

Kimyaterapiyalardan bir neçə ay sonra yenidən çənədə yumru şişlər əmələ gəlib.

Hazırda həmin şişlərin yeri dəlik kimi qalıb. Xəstəliyinə görə 20 kq arıqlayan, artıq mədəyə birləşmiş borucuq ilə qidalanan Samirin müalicəsində Bakıda oluna biləcək üsul qalmayıb.

Samirin həyat yoldaşı onu Türkiyəyə apararaq ağıllı dərman metoduna üz tutmaq istəyir:

"Biz bir neçə dəfə İstanbulda bahalı kimyaterapiyalardan keçmişik. Samirin qardaşı, yaxınları bu 1 ildə bütün müalicələrin xərcini çəkib. Amma daha manatımız belə yoxdur.

Samir yaxşı danışa bilmir, qorxur, heç dostlarının da onu bu halda görməsini istəmir. Heç bir verilişə çıxa bilmir.

Ağıllı dərmanın alınması üçün 15-20 min dollar lazımdır.

14 noyabrda biz Türkiyədə çek-apdan keçməliyik. Vaxt azdır, Samirin xilası üçün bundan artıq yol qalmayıb.

Ümidimiz gələn hər yerə üz tutmuşuq.

Samir hələ gəncdir, gözəl səsi var, arzuları, xəyalları vardı. Onu belə görmək içimizi parçalayır".



Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin