Bakıda 3 yaşlı uşağı avtomobil vurdu

22:03 - 15 Avqust 2021

Bakıda 3 yaşlı uşağı avtomobil vurdu

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən qəza baş verib.

Manset.az report-a xəbər verir ki, hadisə Xəzər rayonunda, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil ehtiyatsızlıqdan 2018-ci il təvəllüdlü T. A-nı vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Onu da qeyd edək ki, hadisə T. A-nın yaşadığı evin həyətində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin