Bakı metrosunda tüstülənmə baş verdi

09:42 - 16 İyun 2021

Bakı metrosunda tüstülənmə baş verdi

Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Əhmədli" stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib.

Bunu Manşet.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində 2 dəqiqə fasilə olub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur", - deyə B.Məmmədov əlavə edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin