Azyaşlı qızı qaçırmaq istəyən kişi tutuldu

10:25 - 5 Noyabr 2022

Azyaşlı qızı qaçırmaq istəyən kişi tutuldu

Zərdabda azyaşlı qızı qaçırmaq istəyən şəxs saxlanılıb.

 

Bu barədə Maanset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Polislər tərəfindən adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin