Biləsuvarda körpəsini çaya atan qadının atası ürəktutmasından öldü

16:23 - 15 Avqust 2021

Biləsuvarda körpəsini çaya atan qadının atası ürəktutmasından öldü

Ötən gün Biləsuvarda özü ilə birgə körpə oğlu Poladı da çaya atan Gülər İmanzadənin atası Kamal İmanov vəfat edib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Poladın babası bu gün ürəktutmadan dünyasını dəyişib.Qeyd edək ki, K. İmanov uzun illər sakini olduğu Nəsimikənd kəndində icra nümayəndəsi olub.

Xatırladaq ki, ötən gün səhər saatlarında Biləsuvarda Gülər İmanzadə azyaşlı körpəsini və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin