Oğuzda ailə faciəsi: Oğul öldü, atası isə... - FOTO

15:57 - 15 Avqust 2021

Oğuzda ailə faciəsi: Oğul öldü, atası isə... - FOTO

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki,, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Emin Heydərov 99-HS-664 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə Qəbələ rayonu istiqamətində hərəkətdə olan qarşısına çıxan "İJ" markalı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü Taleh Məhərrəmov hadisə yerində dünyasını dəyişib, onun atası Gündüz Məhərrəmov isə müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin