Prezident onu İdarə Heyətinin sədri TƏYİN ETDİ

09:18 - 16 İyun 2021

Prezident onu İdarə Heyətinin sədri TƏYİN ETDİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinə sədr təyin edilib.

Manşet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Saməddin Əsədova həvalə olunub. O, bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos"un bazasında yaradılıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin