Taliban Kabilin döyüşsüz təhvil verilməsi ilə bağlı danışıqlara başladı

12:54 - 15 Avqust 2021

Taliban Kabilin döyüşsüz təhvil verilməsi ilə bağlı danışıqlara başladı

Radikal “Taliban” hərəkatı öz döyüşçülərinəə Əfqanıstanın paytaxtı Kabilə daxil olmamaqla bağlı göstəriş verib. Hazırda hökumət üzvləri ilə şəhərə sülh yoluyla daxil olmaq barədə danışıqlar aparılır.

Manset.az xəbər verir ki, bu barədə 1TV News telekanalı radikallara istinadən məlumat yayıb.

Hakimiyyət orqanları radikallarla danışıqların başlaması barədə hər hansı xəbər yaymayıblar.

Daha əvvəl xəbər verilib ki, silahlılar paytaxtın qərbindəki Kabil Universitetinə nəzarəti ələ alıblar.

Öz növbəsində “Taliban”ın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki hesabında bildirib ki, “Taliban” rəhbərliyi döyüşçülərinə Kabilə hücum etməmək barədə əmr verib.

“Biz döyüşçülərimizə Kabilin girişində dayanmağı, şəhərə hücum etməməməyi əmr etdik”, - o yazıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin