Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
13:06 - 3 Noyabr 2022
“Qarşıdakı dövrdə qlobal mühitdə yüksək qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir. Geosiyasi gərginlik, ərzaq və enerji qiymətlərində yüksək dəyişiklik, aparıcı mərkəzi bankların pul siyasətinin sərtləşməsi və təchizat sahəsində problemlər qlobal iqtisadi artıma mənfi təsir göstərir”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə-kredit təşkilatları qlobal iqtisadiyyat üçün 2023-cü il iqtisadi artımın zəifləyəcəyi proqnozunu verib: “Qlobal iqtisadiyyatın artımının zəifləməsi inflyasiyanın 2023-cü il və orta müddətdə daha aşağı olacağını deməyə əsas verir. Lakin inflyasiya inersiyası nəzərə alınmaqla, qiymət artımının azalması tədricən baş verəcək”.
Taleh Kazımov qeyd edib ki, pul siyasəti həyata keçirilərkən məzənnə amilinin inflyasiyaya təsiri nəzərə alınacaq: “Məzənnə sabitliyi isə öz növbəsində tədiyyə balansının vəziyyətindən və həyata keçirilən fiskal-monitar siyasətlərdən asılı olacaq. Proqnozlaşdırılan ixrac qiymətləri 2023-cü il profisitli tədiyyə balansını gözləməyə əsas verir. 2023-cü il 50 ABŞ dolları ssenarisində cari əməliyyat balansının profistinin ÜDM-a nisbətinin 11 faiz olacağı proqnozlaşdırılır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin