Məşhur buzlaqlar bu tarixə qədər yox olacaq – BMT-dən ŞOK AÇIQLAMA

09:54 - 3 Noyabr 2022

Məşhur buzlaqlar bu tarixə qədər yox olacaq – BMT-dən ŞOK AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) bəzi məşhur buzlaqların, o cümlədən İtaliyadakı Dolomitlər, ABŞ-dakı Yosemit və Yellowstone parkları və Tanzaniyadakı Kilimancaro dağının qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər yox olacağını proqnozlaşdırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, YUNESKO 50 Ümumdünya İrs obyektində müşahidə etdiyi 18600 buzlağın üçdə birinin 2050-ci ilə qədər yox olacağını təxmin edir.

Təşkilat bildirir ki, qalan buzlaqları yalnız qlobal temperatur artımı Selsi üzrə 1,5 dərəcədən aşağı saxlamaq şərtilə xilas etmək olar.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən buzlaqlar dünyadakı bütün buzlaqların 10 faizini təşkil edir və qlobal turizmin mərkəz nöqtələri kimi tanınır.

Mövzu ilə bağlı hesabatın aparıcı müəllifi Tales Carvalho, Ümumdünya İrs buzlaqlarının hər il orta hesabla 58 milyard ton buz itirdiyini və bunun da dəniz səviyyəsinin 5 faiz yüksəlməsinə səbəb olduğunu bildirib.

Carvalho, böyük buzlaqların əriməsinin qarşısını almaq üçün ən vacib qoruyucu tədbirin karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq olacağına diqqət çəkdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin