Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər - XƏBƏRDARLIQ (VİDEO)

10:19 - 15 Avqust 2021

Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər - XƏBƏRDARLIQ (VİDEO)

Havalar isti keçdiyindən insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar. Lakin bəzi çimərliklər var ki, orada çimmək insan sağlamlığı üçün zərərlidir.

Manset.az xəbər verir ku, burada çimmək dəmirov, vərəm kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Qəribədir ki, çimməyə gələnlərin əksəriyyəti də buradakı mövcud vəziyyətdən xəbərdardılar. Amma yenə də belə çimərliklərdən istifadə edirlər.

Çimərlikdən istifadə edənlər deyir ki, Türkan çimərliyi tarixən insanların ən çox üz tutduğu istirahət məkanıdır. Elə buna görə də çimərliyin təmizlənməsinə ehtiyac var. Bəzi vətəndaşlar isə illərdir ki, bu çimərliyə üz tutduqlarını, lakin hər hansı xəstəliyə yoluxmadıqlarını deyirlər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı  analizlərin nəticələrinə görə,Türkan çimərliyi ilə yanaşı Şıx, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri bakterioloji cəhətdən çirkli müəyyən edilib. Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə norma daxilindədir.(Xəzər Xəbər)


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin