Bayden Əfqanıstana 5000 hərbiçi GÖNDƏRİR

08:03 - 15 Avqust 2021

Bayden Əfqanıstana 5000 hərbiçi GÖNDƏRİR

ABŞ prezidenti Co Bayden Əfqanıstandakı diplomatları təxliyə etmək üçün bu ölkəyə təxminən 5 min əsgər göndərilməsinə qərar verib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Bundan əvvəl, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi bildirmişdi ki, ABŞ diplomatlar başda olmaqla amerikalı mülki işçilərinin Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün paytaxt Kabil şəhərində yerləşən hava limanında müvəqqəti olaraq 3 min hərbi qulluqçu yerləşdirməyi planlaşdırır.

 

O qeyd edib ki, qoşunların böyük hissəsi həftənin sonuna qədər Əfqanıstana yerləşdiriləcək.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin