Yığmamız son oyununda böyük hesabla məğlub oldu
20 Noyabr 2024
17:40 - 2 Noyabr 2022
Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin ikinci evliliyindən danışıb.
Manset.az xəbər verir ki, müğənni bu haqda "Maqazin plus" proqramında bəhs edib.
İsgəndərli gəlininin ünvanına təriflər yağdırıb:
"Alın yazısına, qismətə inanıram. Bu həyatı imtahan kimi görürəm. Allah bizi bundan betər imtahana çəkməsin. İnsan alnına yazılan taleyi yaşamalıdır. Deyirəm ki, şükür, Allah bizi bundan çətin imtahana çəkməsin. Kərim ikinci dəfə ailə həyatı qurdu. Əsas xoşbəxt olsun. Mən də, o da razıdır. Oğlumun xoşbəxtliyi mənim xoşbəxtliyimdir".
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Cütlüyün 3 övladı hazırda atası ilə yaşayır. Kərim hazırda Aysel adlı xanımla ailəlidir və yenidən ata olmağa hazırlaşır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin