Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
15:27 - 2 Noyabr 2022
“Taxıl dəhlizi”nin Rusiya tərəfindən qapadılması artıq dünya bazarında ərzaqlıq buğdanın bahalaşmasına səbəb olub. Son bir neçə gündə dünya birjalarında ərzaqlıq buğdanın qiyməti təxminən 6 faiz bahalaşıb”.
Manset.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya Rusiyanın məlum qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.
O əlavə edib ki, Türkiyənin təşəbbüsləri müsbət nəticələnərsə bu sahədə müəyyən sabitləşmə ola bilər:
“Hazırda Türkiyə Rusiyanın İstanbul Anlaşmasın sadiq qalması üçün aktiv siyasət aparır. Əslində, Rusiya hələ sentyabr ayında bu anlaşmadan çıxmaq istəyirdi. Və yaxud Anlaşmaya yeni şərtlər daxil etmək istəyirdi. Məsələ ondadır ki, bu il Rusiyada rekord həcmdə dənli bitkilər tədarük edilib. Ümumilikdə, 152 milyon ton dənli bitki tədarük edilib ki, bunun da təqribən 55-60 milyon tonunu Rusiya ən yaxın zamanda xarici bazara çıxarmaq istəyir. Nəzərə alaq ki, Taxıl Anlaşmasında Rusiya taxılının da satılması var idi.
Lakin, sanksiyalar səbəbiylə sığortaların və pulların ödənilməsi bu məsələni ləngidir. İndi Rusiya istəyir ki, Svestapol hadisəsini bəhanə edərək yeni Anlaşmaya qayıtsın. Əgər Rusiyanın yeni şərtləri qəbul edilsə onda Rusiya öz taxılını prioritet elan edəcək. Və çalışacaq ki, öz taxılı daha çox dünya bazarına çıxarılsın”.
Bahalaşma Azərbaycan bazarını vura bilərmi?
Natiq Cəfərli bununla bağlı bildirib ki, Azərbaycan dənli bitkilərə olan ehtiyacının cəmi 25 faizini yerli istehsal hesabına təmin edə bilir. Ehtiyacımızın 75 faizi idxal hesabına ödənilir. Bu da o deməkdir ki, dünya bazarında baş verən qiymət artımı Azərbaycana öz təsirini göstərəcək.
Qiymət artımı qaçılmaz olsa da taxıl qıtlığından söhbət gedə bilməz. Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var. Hazırkı taxıl ehtiyatımız 200-250 gün ehtiyaclarımızı ödəməyə bəs edir. Üstəlik də, Azərbaycan Qazaxıstanla yeni müqavilələr bağlayıb. Bu müqavilələr hesabına Qazaxıstandan taxıl məhsullarının idxalı dəfələrlə artıb. Ona görə də taxıl qıtlığından danışmaq yersizdir. Təəssüf ki, yuxarıda dediyim səbəblər üzündən ölkəmizdə taxılının qiymətinin artmasının şahidi ola bilərik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin