Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
09:44 - 2 Noyabr 2022
ABŞ-ın aparıcı qəzetlərindən biri olan “Wall Street Journal” İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün tezliklə Səudiyyə Ərəbistanı və İraqa hücum edə biləcəyini yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzetə danışan ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanı, ABŞ və bəzi digər ölkələrin ordularının həyəcan vəziyyətində olduğu bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi də iddialardan narahatlığını ifadə edib:
"Hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daim əlaqə saxlayırıq. Biz öz maraqlarımızı və regiondakı tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin