Fransa Almaniyanı avtoqolla məğlub etdi (VİDEO)

08:57 - 16 İyun 2021

Fransa Almaniyanı avtoqolla məğlub etdi (VİDEO)

Futbol üzrə Avropa çempionatında ilk turun son oyunu keçirilib.

Manşet.az xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da son dünya çempionları Almaniya ilə Fransa yığmaları üz-üzə gəlib. Görüş Fransa millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Almaniya yığmasından Mats Hummels öz qapısına vurub.

Bu, Bundestimin tarixi ərzində ilk avtoqolu olub.

Qeyd edək ki, F qrupunun digər matçında Portuqaliya Macarıstanı darmadağın edib - 3:0.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin