Dünya üçün BÖYÜK TƏHLÜKƏ: Alimlərdən QORXULU XƏBƏRDARLIQ

09:58 - 1 Noyabr 2022

Dünya üçün BÖYÜK TƏHLÜKƏ: Alimlərdən QORXULU XƏBƏRDARLIQ

ABŞ alimləri, son 8 ildən artıq müddətdə müşahidə olunan potensial ən təhlükəli asteroidin Yer kürəsi ilə kəsişə biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Karnegi Elm İnstitutunun Yer və Planetlər Laboratoriyasından astronom Skott Şeppard, "planet qatilləri" olaraq xarakterizə edilən və diametri təxminən 1,5 kilometr olan Yerə yaxın 2 asteroid kəşf etdiklərini açıqlayıb.

Bu asteroidlərdən yalnız "2022 AP7"-nin Yer üçün potensial təhlükə yaradacaq orbitdə olduğu bildirilib.

“Planet qatili” asteroidi əvvəllər Yer və Venera arasında bir yerdə yerləşirdi və buna görə də onu aşkar etmək çətin idi. Çünki astronomlar bu sahəni araşdırmaq üçün Günəş istiqamətinə baxmalıdırlar. James Webb və ya Hubble kimi teleskoplar optik həssaslıqlarına görə bu istiqamətdə istifadə edilə bilməz.

"2022 AP7" asteroidinin nə vaxt kəskin təhlükə yaradacağı bəlli deyil.

 


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin