Həbib Nurməhəmmədov futbolçu kimi bu klubla müqavilə imzaladı - FOTO

20:43 - 14 Avqust 2021

Həbib Nurməhəmmədov futbolçu kimi bu klubla müqavilə imzaladı - FOTO

Rusiyalı UFC Çempionu Həbib Nurməhəmmədov bir müddət əvvəl futbolçu olmaq arzusunu dilə gətirmişdi.

Manset.az xəbər verir ki, "futbol idman növlərinin şahıdır", - deyən Dağıstan əsilli idmançı artıq bu xəyalını gerçəkləşdirib. Belə ki, Nurməhəmmədov Rusiyanın 3-cü liqa təmsilçisi "Dinamo Legion" klubu ilə müqavilə imzalayıb.

Rusiya mətbuatı Həbibin 2015-ci ildə yaradılan komandada çıxış edəcəyini yazır.

Qeyd edək ki, Nurməhəmmədov bu yaxınlarda verdiyi açıqlamada futbolçu olmaq üçün Kriştiano Ronaldo və UEFA prezidenti Aleksandr Çeferinlə məsləhətləşdiyini bildirmişdi.(Offsideplus.az)


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin