Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
13:39 - 28 Oktyabr 2022
6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Azərbaycanda insan hüquqlarının müdafiəsi və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır.
Yaşadığımız mürəkkəb, gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Heç şübhəsiz, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır. Və istər fərdlər, istərsə də dövlətlər az qala hər gün dəyişən yeni dünyanın tələblərinə uyğunlaşmaq üçün çabalar göstərir. Lakin bütün bu sadalananlara rəğmən həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub saxlayır.
Ölkəmizdə insan hüquqlarının və azadlığının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasəti ümumilikdə necə şərh olunur?
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti və DİN yanında ictimai şura rəhbəri Əliməmməd Nuriyev Manset.az-a bildirib ki, vətəndaş cəmiyyətinin hazırki vəziyyəti ilə bağlı müəyyən pozitiv tendensiyalar davam etməkdədir:
“Amma bütövlükdə dövlət tərəfindən vətəndaş cəmiyyəti ilə bağlı bir çox işlər görülüb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri də vətəndaş cəmiyyətinin bərqərar olması ilə bağlıdır.
Demokratik hüquqi dövlətin əsas atributlarından biri də vətəndaş cəmiyyətinin mövcudluğu, güclü vətəndaş cəmiyyətinin olmasıdır. Bu gün desək ki, Azərbaycanda güclü vətəndaş cəmiyyəti var, bu həqiqət olmazdı. Bəli, bizdə vətəndaş cəmiyyəti var: Qeyri hökumət təşkilatları, media və digər təşkilatlar fəaliyyət göstərir. Amma eyni zamanda müəyyən qədər vətəndaş cəmiyyətinin tam inkişafı ilə bağlı hələ müəyyən problemlər var. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atılması zəruridir. Azərbaycan Respublikası Prezidenti tərəfindən açıq hökumətin təşkili ilə bağlı 2020- 2022 illər tədbir planında da ayrıca tədbir kimi nəzərdə tutulub. Hazırda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Prezident administrasiyasında işçi qrup yaradılıb ki, bu qrup vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərə baxırlar, nəzərdən keçirirlər. Ümid etmək istərdim ki, bu istiqamətdə addımlar atılacaq”.
Əliməmməd Nuriyev əlavə edib ki, vətəndaş cəmiyyətinin özünün əsas funksiyası olan ictimai nəzarəti həyata keçirməsində müəyyən problemlər var:
“Heç də təsadüfi deyildir ki, prezident tərəfindən ictimai nəzarətin zəif olması xüsusi olaraq vurğulanmışdı.Bu sahədə ictimai nəzarətin institusionallaşması ilə bağlı cəmiyyət qarşısında mühüm vəzifə qoyulub. Azərbaycanda 2014-cü il iyun ən ayının 1-dən etibarən ictimai haqqında qanun qüvvədədir.
İctimai iştirakçı haqqında qanun qüvvədədir. Bu istiqamətdə müəyyən addımlar atılıb və xüsusilə qeyd etmək istərdim ki, 2020-ci ildən başlayaraq, ictimai şuraların yaradılması, ictimai iştirakçının digər formalarına diqqət daha da artmağa doğru gedir. Bu, o zaman baş verdi ki, prezident administrasiyasında əhəmiyyətli sturuktur dəyişiklikləri baş verdi, real faktiki addımlar atılmağa başladı. Prezident Administrasiyasının beynəlxalq məsələlər üzrə şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyevin vətəndaş cəmiyyətinə geniş, çoxsaylı görüşləri bu məsələyə xüsusi təkan verdi. Bu gün demək olar ki, mərkəzi icra hakimiyyətlərinin əksəriyyətində, yerli icra hakimiyyətləri, bir çox publik hüquqi şəxslər yanında ictimai şuralar yaradılıb. Bütövlükdə ictimai iştirakçının bütün formalardan alətlər kimi geniş miqyasda istifadə etməsi vacibdir”.
Fon rəhbəri deyib ki, bu gün vətəndaş cəmiyyəti üçün pozitiv olan istiqamətlərdən biri də ondan ibarətdir ki, dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq genişlənib:
“Bu əməkdaşlığın müxtəlif formatları var. Bu formatlardan biri də açıq hökumət platformasıdır və çox səmərəli, effektiv fəaliyyət göstərir.
Vətəndaş cəmiyyəti və dövlət arasında daimi dialoqu təmin etməklə bağlı mühüm istiqamətlərdən biri də mərkəzi-yerli icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasıdır. Bu, daimi dialoq platformasıdır. Hazırda əsas məqsəd effektiv səmərəliliyin artırılmasıdır. Bu da hazırkı korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı 2022-2026-cı illər üçün milli fəaliyyət planında öz əksini tapıb. Bu gün vətəndaş cəmiyyətini dövlət qurumlarına bir partnyor kimi qəbuledilmə təfəkkürü genişləməyə doğru gedir.
Bu çox vacib məsələdir, çünki zaman-zaman vətəndaş cəmiyyəti dövlət qurumları tərəfindən qəbul edilməyib. Onlar kənar, ziyanlı təşkilatlar kimi göstərilirdi. Bu təfəkkürün dəyişməsi çox vacibdir. Bu təfəkkürün dəyişməsində Azərbaycan Respublikası Prezidentinin verdiyi mesajlar xüsusi rol oynayır”.
Əliməmməd Nuriyev vurğulayıb ki, hazırkı şəraitdə prezidentin müəyyənləşdirdiyi və Prezident Administrasiyasının bu istiqamətdə apardığı uğurlu siyasət öz nəticələrini verməkdədir:
“Digər tərəfdən, vətəndaş cəmiyyətinin bu gün mühüm problemlərindən biri də peşəkarlığın yetəri qədər olmamasıdır. Peşəkarlığın yetəri qədər olmamasının səbəbi vətəndaş cəmiyyətinin resurslara çıxış imkanlarının məhdud olması ilə bağlıdır. Resurslar yetəri qədər olarsa, şübhəsiz ki, vətəndaş cəmiyyəti çox əhəmiyyətli, cəmiyyət üçün maraqlı təşəbbüslərlə, layihələrlə çıxış edə bilər.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəyyən büdcəsi var, 4,5 milyon vətəndaş cəmiyyəti layihələrinə dəstək verir. Bu son aylarda QHT-lərə dövlət dəstəyi agentliyi tərəfindən mühüm addımlar atılır ki, vətəndaş cəmiyyətinin layihələri dayanıqlı bir dəstək görsün”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbərinin sözlərinə görə, ölkəmizdə orta və yüksək qrantların təşviqi prosesi başlayıb:
“Məsələn, "Şuşa ili"nin elan edilməsi ilə bağlı bu qrantların məbləğində əhəmiyyətli dəyişikliklər baş vermişdi. Hazırda insan alveri, məişət zorakılığı ilə bağlı bir istiqamət müəyyən edilib ki, burada da koalisiya şəklində, həm də bu koalisiyaların daha da dayanıqlı olmasına gətirib çıxaran, yeni koalisiyaların yaranmasına imkan verə biləcək layihələrin təşviqi məsələsi var. Bu strategiyanın davam etdirilməsi çox vacib bir məsələdir”.
Əliməmməd Nuriyevin fikrincə, bu gün ən mühüm problemlərdən biri də vətəndaş cəmiyyətinin beynəlxalq platformalarda yetəri qədər iştirak imkanlarının olmamasıdır:
“Səfər qrantları məsələsi yenidən gündəmə gəlib və bir çox səfər qrantları verilib. Bu yaxşıdır, amma bütövlükdə bu yalnız bir elementdir. Vətəndaş cəmiyyəti dayanıqlılığın, xarici əlaqələrin, beynəlxalq təşəbbüslərin və innovasiyaların Azərbaycana gətirilməsi ilə bağlı dayanıqlı, davamlı bexnəlxalq əlaqələrə malik olmalıdır.
Beynəlxalq qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq qurmalıdır. Bu, həm peşəkarlığa, həm innovasiyaları Azərbaycana gətirib çıxarır. Resurslar baxımından da genişlənə bilər. Resursların məhdudiyyəti bu işə mane olur.
Bizim beynəlxalq platformalarda yetəri qədər iştirak etməməyimiz bədnam qonşumuzun orada daha çox fəallığına gətirib çıxarır. Bu da, orada anti-Azərbaycan təşəbbüslərinin genişlənməsinə yeni imkanlar verir. Biz bu prosesə imkan verməməliyik. Hesab edirəm ki, beynəlxalq platformalarda iştirakımızı daha da genişləndirməliyik”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri vurğulayıb ki, vətəndaş cəmiyyətinin digər problemi ondan ibarətdir ki, vətəndaş cəmiyyətinin media və özəl sektor əlaqələri yetərli deyil:
“Bu çox hallarda primitiv xarakter daşıyır. Özəl sektor bu gün vətəndaş cəmiyyətinin layihələrinə maraq göstərmir. Vətəndaş cəmiyyəti bu istiqamətdə özünü maraqlı edə bilməyib. Qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişikliklər edilməlidir ki, özəl sektoru bu məsələyə stimullaşdırmaq mümkün olsun”.
Əliməmməd Nuriyev bildirib ki, eyni zamanda, təfəkkürlərin dəyişməsi də çox vacibdir:
“İdarəetmə prosesini, yaxşı idarəetmə elementlərinin daxil edilməsi, informasiyaya çıxışla bağlı məsələlərin genişlənməsi şübhəsiz ki, demokratik-hüquqi dövlət quruculuğunun daha da sürətlənməsinə gətirib çıxaracaqdır. Parlament hakimiyyətinin gücləndirilməsi, icra hakimiyyətinin daha çevik, təkmilləşdirmə istiqamətində addımların daha da genişlənməsi hüquqi-demokratik dövlət quruculuğu üçün atılan addımlardır.
Müştəri məmnunluğunun təmin edilməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal hökumətə keçid prosesi bütövlükdə, xidmətlərin elektronlaşdırılması istiqamətində atılan mühüm addımlar hər şeydən əvvəl insanın, fiziki və hüquqi şəxslərin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə əlçatanlığın artması, xərclərin azaldılması üçün mühüm addımların atılması şübhəsiz ki, yeni keyfiyyətli dövlətin, hökumətin yaranmasını göstərir”.
Gülçin Nağıyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin