Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı, səkkiz ölü - Yenilənib+Video

17:34 - 14 Avqust 2021

Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı, səkkiz ölü - Yenilənib+Video

Türkiyənin Kahramanmaraş vilayətində yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.

Manşet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü olub.

Bildirilib ki, vilayətin On iki fevral rayonunun Ilıca məhəlləsinə ildırım düşüb və nəticədə meşəlik ərazidə yanğın başlayıb.

Əraziyə cəlb olunan yanğınsöndürmə təyyarəsi hələlik bilinməyən səbəbdən qəzaya uğrayıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.

***

Türkiyədə qəzaya uğrayan amfibiya təyyarə Rusiyaya məxsus olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təyyarədə beş Rusiya, üç Türkiyə vətəndaşı olub.

Qeyd olunub ki, qəzadan xilas olan olmayıb.

 



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin